Menu

Bahçeli Kılıçdaroğlunu “kreslo tədarükçüsü” adlandırdı

21.06.2015, 12:41
Bahçeli Kılıçdaroğlunu “kreslo tədarükçüsü” adlandırdı

MHP lideri “Hökuməti birlikdə quraq, Bahçeli baş nazir olsun” deyən CHP sədri Kamal Kılıçdaroğluna sərt cavab verib. Musavat.com-un məlumatına görə, tvitter sosial şəbəkəsində açıqlama verən Devlət Bahçeli Kılıçdaroğlunu “kreslo tədarükçüsü” adlandırıb. MHP lideri yazır: “11 ayın sultanı ramazan ayına qovuşmağın xoşbəxtliyini yaşayırıq. Allahdan diləyim dualarınızın qəbul olunmasıdır. Əziz millətimin, türk-İslam aləminin ramazanını təbrik edirəm. Oruc ibadət olduğu qədər də mənəvi tərbiyədir. Oruc rəhmət və mərhəmət qapılarının açarıdır”.

Bahçli daha sonra ona baş nazirlik təklif edən Kılıçdaroğluna “mesaj göndərib”: “Əcəba kreslo tədarükçülüyünə meyllənənlər, vəzifə həvəsinə qapılanlar siyasətin haqqını layiqincə verə bilərlərmi? Kreslo məqsəd deyil, vasitədir. Millətsiz kreslo alimə cahil, ağıllıya dəli deməkdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol