Xarici KİV-in yaydığı məlumata görə, ABŞ Yunanıstanla Rusiya arasında əlaqələrin möhkəmlənməsindən həyacanlanır və bu səbəbdən, Almaniyanı və onun Avropa İttifaqındakı həmkarlarını əlaltından Afinanın borc probleminin həlli məsələsi üzrə danışıqlarda kompromisə getməyə inandırır. Dünən bu xəbəri «Financial Times»qəzeti yayıb (TASS).
Qəzet yazır: «Vaşinqton, Ukraynaya görə, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar məsələsində Qərbin birliyini qoruyub saxlamağa çalışır. Bununla belə, Yunanıstandakı defolt imkan verə bilər ki, Moskva ABŞ-ın Avropadakı müttəfiqləri arasında təfriqə toxumları səpsin...».
Nəşrin məlumatına görə, Londondakı Beynəlxalq münasibətlər şurasının nümayəndəsi Sebastian Mellabi bu barədə deyib: «Təssəvvür etmək çətin deyil ki, geosiyasi baxımdan bu, Rusiya üçün əsl hədiyyə olardı. İstəməzdik ki, Avropa NATO üzvü olan, gözlənilmədən Qərbə arxa çevirən və Rusiya ilə «oynamağa»başlayan Yunanıstanla «münasibətləri aydınlaşdırmaq» məcburiyyətində qalsın».
Qəzet yazır ki, bir neçə ay ərzində prezident Barak Obamanın administrasiyası əlaltından Almaniyanı və Avropa İttifaqının digər üzvlərini Yunanıstanla qarşıdurmanın aradan qaldırılması yolunu tapmağa çağırır. Amma bu məsələdə iqtisadi mülahizələr daha əhəmiyyətlidir və diplomatlar təsdiq edirlər ki, dialoq həm də Avropa İttifaqının Ukrayaya yönəlik mövqeyi ətrafında aprılır: «Ötən həftə baş nazir Aleksis Tsiprasın Sankt-Peterburqa səfəri beynəlxalq kreditorlarla mübahisələrin ən yüksək həddə çatdığı bir vaxtda Yunanıstanın indiki hökuməti ilə Rusiya arasındakı siyasi əlaqələri və nəzərləri Moskvaya yönəltmək arzusunu növbəti dəfə xatırlatmağa xidmət edir».
Qəzet hesab edir ki, uzunmüddətli iqtisadi qeyri-sabitlik və defoltun baş verməsi yunan seçicilərdə Avropanın qalan hissəsinə düşmənçilik hissələrinin güclənməsinə və bu ölkədə öz təsirini möhkəmlətmək üçün Rusiyaya yeni bir şans verə bilər.
AzPolitika.info


Şərhlər