Menu

"Taliban" Kabildə parlament binasına hücum edib

22.06.2015, 12:28
"Taliban" Kabildə parlament binasına hücum edib

Əfqanıstanın paytaxtı Kabil şəhərində silahlı şəxslər parlament binasına hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir neçə partlayış törədildikdən sonra parlamentin binası atəşə tutulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatları və jurnalistləri binadan çıxarmağa çalışır.

Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol