Menu

Avro təhlükədə

22.06.2015, 14:48
Avro təhlükədə

Avropa İttifaqının Komissarı Pierre Moscovici, Yunan hökumətinin təqdim etdiyi son təkliflərinin "düzgün istiqamətdə olduğunu" deyib.

Europe 1 Radiosuna müsahibə verən Moscovici, "Razılığa gəlmək Yunanıstan üçün, Yunan xalqı üçün çox əhəmiyyətlidir. Bazarların vəziyyəti təqib etdiyinin fərqində olaraq davranmalıyıq. Avronun və Yunanıstanın taleyi təhlükədədir. Ancaq mən hələ də bir razılığa gəlməyin mümkün olduğuna inanıram",- deyib

Yunanıstan 5 aydan çoxdur kreditorlar ilə danışıqlar aparır, amma nəticə yoxdur. Avropalı nümayəndələrə görə, bugünkü iclasdan, ya "yola davam", ya da "yolun sonu" qərarı çıxacaqdır.

Avro Bölgəsinin maliyyə nazirləri, bu gün Bakı vaxtı ilə 22:00-də keçiriləcək Avro Bölgəsinin dövlət başçılarının sammitinə hazırlıq və Yunanıstan üçün Bakı vaxtı ilə 18:00-da toplanacaqlar.

Citigroup-un valyuta strateqi Stiven Englander, "Müştərilərin 40%-i Yunanıstanın çıxışının Avro Bölgəsinin gec-tez dağılmasına səbəb ola biləcəyini düşünür" - deyə bildirib. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol