Menu

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

22.06.2015, 15:24
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ" II təsnifat mərhələsində Monteneqronun "Rudar" komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyul, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol