Menu

Pentaqondan Rusiyaya müharibə mesajı

22.06.2015, 17:45

pentaqon-mainABŞ müdafiə naziri Eşton Karter: Müttəfiqlərimizi müdafiə edəcəyik

Birləşmiş Ştatlar Rusiyadan düşmən obrazı yaratmır və Rusiya ilə hansısa münaqişəyə can atmır.

Anspress-in məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter Berlində bildirib.

“Biz Rusiyadan özümüzə düşmən yaratmırıq. Amma bunu qarışıq salmayın: Biz müttəfiqlərimizi, qanunun aliliyinə əsaslanan dünya nizamını və bu nizamın zəmanət verdiyi xoşbəxt gələcəyi müdafiə edəcəyik”,- deyə Pentaqon başçısı vurğulayır.

Karter bu həftə Avropa turnesinə çıxıb. Almaniyadan sonra o, Estoniyaya gedəcək. Daha sonra 24-25 iyunda o, Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclasında iştirak edəcək. Karterin sözlərinə görə, iclasda alyansın Ukraynada baş vermiş hadisələr və Rusiya ilə gərginləşən münasibətlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol