Menu

Ermənilərə Bakıda aman vermədilər

22.06.2015, 20:01
Ermənilərə Bakıda aman vermədilər

Bolqarıstan və Belarus samboçuları erməni rəqiblərini məyus edib.

Bu gün Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Sarayında keçirilən sambo yarışları davam edir. Anspress-in məlumatına görə, 52 kq-dək çəkidə çıxış edən Ermənistan təmsilçisi Sose Balasanyan 3-cü yer uğrunda görüşdə Bolqarıstan samboçusu Maqdalena Varbanova ilə üzləşib.

Bolqarıstan təmsilçisi erməni rəqibinə 2:0 hesabı ilə qalib gələrək bürünc medala sahib olub. Bu çəki dərəcəsində final görüşü Azərbaycan və Rusiya samboçuları arasında keçirilib.

57 kq-dək çəki dərəcəsində Ermənistanı kişi samboçuların yarışında təmsil edən Tiqran Kirakosyan 3-cü yer uğrunda görüşdə Belarus idmançısı Vladislav Burdzla qarşılaşıb.

Belarus samboçusu erməni rəqibinə üstün gələrək 3:1 hesablı qələbə qazanıb və Oyunların bürünc medalını əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol