Menu

NATO qüvvələrinin sayını artırır

22.06.2015, 22:00
NATO qüvvələrinin sayını artırır

Təşkilat yeni problemlər zamanı qərarların qəbulunu tezləşdirən mexanizm üzərində işləyir

“NATO cəld reaksiya qüvvələrinin sayını 2 dəfədən də çox artırmaq fikrindədir”. ANS PRESS-in məlumatına görə, bu haqda NATO baş katibi Jens Stoltenberg bildirib.

Onun sözlərinə görə, artıq bu həftə təşkilata daxil olan ölkələrin müdafiə nazirlərinin Brüssel görüşündə məsələ ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.

NATO 13 minlik qüvvələrin sayını 30- 40 minə çatdırılması nəzərdə tutulur.

Stoltenberg bildirib ki, NATO yeni problemlər zamanı qərarların qəbulunu tezləşdirən mexanizm üzərində işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol