Menu

Rusiya rekord qırır, Azərbaycan inamla irəliləyir - CƏDVƏL

23.06.2015, 00:17
Rusiya rekord qırır, Azərbaycan inamla irəliləyir - CƏDVƏL

Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarda Azərbaycan 4 gümüş medal qazanıb.

ANS PRESS-in məlumatına görə, komandamız bu gün qızıl medal qazana bilməyib. Reytinq siyahısına isə Avropa Oyunlarının 4-cü günündən sonra Rusiya başçılıq etməkdə davam edir.

Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində komandamız geriləyərək 9-cu yerə düşüb.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 14 qızıl, 11 gümüş və 14 bürünc medal qazanıb. Rusiya idmançıları isə 45 qızıl, 23 gümüş, 19 bürünc medal qazanıb. Rusiya ümumilikdə 87, Azərbaycan isə 30 medala sahibdir.

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol