Menu

Neft ucuzlaşmada davam edir

23.06.2015, 09:04
Neft ucuzlaşmada davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti tədricən düşməyə başlayıb.

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.

Anspress-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.

Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.16 dollar (0.26%) azalaraq 60.22 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.12 dollar (0.19%) ucuzlaşaraq 63.22 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol