Ölümcül virusa yoluxanların ümumi sayı 175 nəfər təşkil edib.
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 27 olaraq qalıb. Anspress-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan 175 nəfərdən 54-ü evə buraxılıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.


Şərhlər