Menu

Yunanıstana 48 saat vaxt verildi

23.06.2015, 10:07
Yunanıstana 48 saat vaxt verildi

Avropa liderləri Yunanıstanın Baş naziri Alexis Tsipras rəhbərliyindəki hökumətə kreditorları razı salacaq son səyin göstərilməsi və Avro Zonadan çıxmaq riski daşıyan beş aylıq anlaşılmazlığa son qoymaq üçün 48 saat vaxt verib.

Avro Bölgəsi liderləri, Tsipras hökumətinin razılığa gəlmək məsələsində ciddiləşdiyi barədə fikir birliyindədirlər. Yunanıstan sammitdə kreditorların tələb etdiyi şərtlərə uyğun bir sıra islahat təklifi təqdim edib.

Liderlər Çərşənbə günü razılığa gəlməsi üçün danışıqların sürətləndirilməsinə qərar veriblər. Bu sayədə razılaşma həftə sonunadək imzalana bilər.

Tsipras, jurnalistlərə verdiyi açıqlamasında, "Yunan hökuməti ölkənin yaxın zamanda ayaqları üzərində dayanmasını hədəfləyir" deyib.

Almaniya Kansleri Angela Merkel, Bazar Ertəsi axşamı sammitin ardından verdiyi açıqlamda, "Təklif paketi irəliyə doğru bir addımdır. Ancaq hələ olmağımız lazım olan yerdə deyilik" deyə bildirib. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol