Menu

Şimali Koreyadan gözlənilməz qərar

23.06.2015, 17:40
Şimali Koreyadan gözlənilməz qərar

Şimali Koreyada iki Cənubi Koreya vətəndaşını ağırlaşdırılmış ömürlük həbsə məhkum edilib.

Anspress-in məlumatına görə, Cənubi Koreya vətəndaşları Kim Kuk-Gi və Çoe Çun-Gil "Şimali Koreya dövlətini devirməyə çalışmaq" və "Cənubi Koreya adına casusluq etmək" maddələri ilə ittiham olunur. Bu barədə qərar Şimali Koreya dövlət televiziyasından elan edilib.

Cənubi Koreyalı rəsmilər Kim və Çoenin casusluq etdiyi iddialarını rədd edirlər. Cənubi Koreya rəsmiləri saxlanılanların sərbəst buraxılmasını tələb edir.

Xatırladaq ki, Şimali Koreya ötən ilin sentyabr və dekabr aylarında saxlanılan bu iki şəxsi mart ayında ictimaiyyətə təqdim edib. Həbs qərarlarının açıqlanmasının, Cənubi Koreyanın paytaxtı Seulda yeni BMT insan hüquqları bürosunun rəsmi açılışı ilə eyni günə təsadüf etməsi diqqət çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol