Menu

Ermәni press attaşe: "Avropa oyunları normal keçir"

23.06.2015, 19:18
Ermәni press attaşe: "Avropa oyunları normal keçir"

"Avropa Oyunları normal keçir. Mәn özümüzün çıxışımız baxımından demәk istәyirәm ki, biz әldә etdiyimiz nәticәlәrdәn o qәdәr dә razı deyilik".

Bunu APA-ya açıqlamasında Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan deyib.

Onun sözlәrinә görә, ermәnistanlı idmançılardan bir neçәsi 5-ci yer vә gümüş medal qazanıblar: "Burda daha çox medal qazana bilərdik. Amma bura az idmançı ilə gəldiyimiz üçün belə oldu. Təşkilatçılıq və oyunların gedişində isə hər şey normaldır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol