Menu

İsrail və Türkiyə arasında gizli görüş: diplomatik əlaqələr bərpa olunur

23.06.2015, 20:16
İsrail və Türkiyə arasında gizli görüş: diplomatik əlaqələr bərpa olunur

İyunun 22-də Romada İsrail və Türkiyəli diplomatlrın iki ölkə arasında münaqişənin aradan qaldırılması cəhdlərinə həsr olunmuş məxfi görüşü keçirilib. Söhbət bir ildən çox müddət sonra ilk belə görüşdən gedir, xəbəri İzrus saytı yayıb.

XİN baş direktoru Dori Qold – baş nazir Binyamin Netaniyahunun etibarlı şəxslərindən biri Romaya gedib, Türkiyəni isə “İsrail məsələsinin kuratoru”, xarici işlər nazirinin birinci müavini Feridun Sinirlioğlu təmsil edib.

2010-cu ildə Türkiyə və İsrailin pis münasibətləri Türkiyənin “Mavi Marmara” gəmisinin Qəzzə bölgəsində dəniz blokadasını yarmağa çalışmasından sonra kəskin münaqişə formasına keçib. Gəmi ələ keçirilərkən İsrail xüsusi təyinatlıları 9 Türkiyə vətəndaşını öldürüb.

Gəminin daha 30 sərnişini və 10 İsrail hərbiçisi yaralanıb.

2013-cü ildə İsrail Amerika rəhbərliyinin israrı ilə bu hadisəyə görə üzr istəyib. Amma Türkiyə tərəfi həlak olanların ailələrinə təzminat ödənilməsində israr edir.

İndiyədək, bu mövzudakı nəşrlərə əsasən, israil müəyyən “aralıq” varianta: həlak olan “fəalların” qohumlarına maliyyə dəstəyi üçün humanitar fond yaradılmasına razılıq ifadə edirdi. İsrail həmçinin “Mavi Marmara” gəmisindəki hadisəyə görə İsrail vətəndaşlarının məhkəmə təqibinə xitam verilməsinə çalışırdı. /"Turan"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol