Menu

“Azərbaycan hərbçiləri erməni tərəfə keçməyib...” - Ermənistan Müdafiə Nazirliyi

24.06.2015, 01:36
“Azərbaycan hərbçiləri erməni tərəfə keçməyib...” - Ermənistan Müdafiə Nazirliyi

Azərbaycan hərbçiləri erməni tərəfə keçməyib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirlinin mətbuat katibi Arsrun Ovannisyan Azərbaycan KİV-lərinin iki azərbaycanlı hərbçinin azaraq Ermənistan ərazisinə keçməsi haqda xəbərləri şərh edərkən bildirib.

“İstisna eləmirik ki, azərbaycanlı hərbi qulluqçular azıblar. Hər halda “Qırmızı Xaç”ın İrəvan bürosunun müraciəti bu qənaəti yaradır. Belə ki, bu gün saat 15:00-da büro Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək, Tavuş vilayətinin sərhəd kəndi olan Vazaşen nahiyəsindən, Azərbaycan Silahlı Qüvvələrinin zolağından minaya düşdükləri ehtimal olunan iki azərbaycanlı hərbçini çıxarmaq üçün zəmanət xahiş edib. Belə zəmanət dərhal verilib. Bu cür hallardakı proseslər isə Azərbaycan tərəfinə məlumdur” – qeyd edib mətbuat katibi.

Xatırladaq ki, itkin düşdüyü bildirilən hərbi qulluqçular kiçik serjant Musa Musayev və Tural Yolçuyevdir. Erməni tərəfinin iddiasından belə anlaşır ki, onlar Azərbaycan tərəfdəcə minaya düşə bilərdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol