Menu

"Erməni tərəfi Livan və Suriyadan muzdlular cəlb edir” - Zakir Həsənov

24.06.2015, 11:49
"Erməni tərəfi Livan və Suriyadan muzdlular cəlb edir” - Zakir Həsənov

“İşğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq”

“Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyət barədə tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır”.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

Zakir Həsənov bildirib ki, bunun günahkarı kriminal Ermənistan rejimi, onun başçılarıdır: “Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol