Bu günlərdə Moskva istintaq təcridxanasında 40 yaşlı kriminal avtoritet Mursalım Umırzakovun (Kırışkır) “karyera”sına son qoyulub.
Belə ki, istintaq təcridxanasındakı iki “qanuni oğru” - İslam və Qeorqi məhbuslara onun barəsində “proqon” veriblər. Aznews.az xarici mediaya istinadən xəbər verir ki, “Proqon”da Kırışkırın “qanuni oğru” olmadığını, yalançı olduğunu bildiriblər.
Xatırladaq ki, Mursalım Umırzakov Rusiya DİN Cinayət Axtarış İdarəsi tərəfindən bu il iyunun 1-də saxlanılıb. Saxlanma zamanı üzərində böyük miqdarda narkotik aşkarlanan Kırışkır istintaq təcridxanasına göndərilib.



Şərhlər