Menu

AZAL-dan yay kampaniyası

24.06.2015, 16:41
AZAL-dan yay kampaniyası

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL”) uçuşlarında xüsusi “Yay aksiyası” keçirir.

ANS PRESS-in AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aşağıda göstərilən istiqamətlərdə güzəştli qiymətlər tətbiq olunacaq.

Dubay “gediş-dönüş” cəmi 232 Avro;

Rostov-Don “gediş-dönüş” cəmi 289 Avro;

Bişkek “gediş-dönüş” cəmi 339 Avro;

London “gediş-dönüş” cəmi 409 Avro;

Roma “gediş-dönüş” cəmi 429 Avro;

Milan “gediş-dönüş” cəmi 429 Avro;

Paris “gediş-dönüş” cəmi 449 Avro;

Qeyd edək ki, uçuş tarixləri iyulun 2-dən sentyabrın 30-a kimidir, biletlərin satış tarixləri – iyulun 1-dən avqustun 31-nə kimidir.

Dubay istiqamətində uçuş və satış tarixləri isə iyunun 25-dən iyulun 31-nə kimi müəyyənləşdirilib.

Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Yerlər məhdud ola bilər. Ölkədə maksimal qalma müddəti bir ay, yığımlar və rüsumlar biletə daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol