Menu

Prezident Silahlı Qüvvələrin qulluqçularına fəxri adlar verib (SİYAHI)

24.06.2015, 19:43
Prezident Silahlı Qüvvələrin qulluqçularına fəxri adlar verib (SİYAHI)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilib:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol