Bu gün saat təxminən 19;00 radələrində Ucar rayonunun dörd yol deyilən ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 ədəd avtomobil yararsız vəziyyətə düşüb. Bu barədə AzPolitika.info-ya jurnalist Fuad Hüseynov məlumat verib.
Hadisəyə səbəb Ucar Neft Bazasının direktoru Təyyar Məmmədova məxsus 99 AA 225 dövlət nömrə nişanlı, Toyota Corolla markalı avtomobilinin yüksək sürətlə hərəkət etməsi olub.
Nəticədə dayanmış vəziyyətdə olan 5 ədəd avtomobilə ciddi zərər dəysə də, hadisə nəticəsində xəsarət alan olmayıb.
Turqut








Şərhlər