AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, «İctimai nəzarət » istehlakçıların hüquqlarının müdafiəsi Cəmiyyətinin (İHMC) sədri Mixail Anşakovun «Jivoy jurnal»dakı bloqu «Roskomnadzor»un qara siyahısında daxil edilib (TASS).
Ekstremizmə və kütləvi iğtişaşlara səslədiyinə görə, bloklanmaya məruz qoyulmuş resursların reyestrinə görə, sözügedən bloq bu siyahıya 22 iyun 2015-ci ildə, «Baş prokurorluğun tələbinə» əsasən daxil edilib. Amma hələ ki, Anşakovun «Jivoy jurnal»dakı səhifəsi işlək vəziyyətdədir.
İyunun 22-də «Roskomnadzor» Baş prokurorluğun tələbinə əsasən, İHMC-nin saytını Rusiya Federasiyası ərazisində bloklayıb.
Bundan əvvəl İHMC öz saytında «Krıma yollanan rusiyalı turistlər üçün yaddaş» dərc edib. Həmin «yaddaş»da Krım və Sevastopol işğal edilmiş ərazi kimi qəbul olunur və «öz təhlükəsizliyi baxımından, turistlərə Ukrayna qanunvericiliyinə əməl etmək və sərhədi yalnız Ukrayna sərhəd xidmətinin Xerson vilayətindəki keçid məntəqəsindən keçmək tövsiyyə olunur».
Artıq xəbər verildiyi kimi, Rusiya Federasiyası Baş prokurorluğu «turistlər üçün yaddaş»ın müəllifələrinə qarşı cinayət işinin qaldırılmasını tələb edib.
AzPolitika.info


Şərhlər