Menu

“Ermənistan rəhbərliyinin müdrikliyinə ümid edirik...” - Rusiya XİN

25.06.2015, 00:35
“Ermənistan rəhbərliyinin müdrikliyinə ümid edirik...” - Rusiya XİN

Rusiya Ermənistan hakimiyyəti ilə nümayişçilər arasında kompromis əldə olunacağına ümid edir. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in müavini Qriqori Karasin Ermənistandakı situasiyanı şərh edərkən bildirib.

“Biz son günlər Ermənistanda baş verənləri diqqətlə izləyirik. Ümid edirik ki, proseslər hüquq çərçivəsindən çıxmayacaq. Ermənistan rəhbərliyinin sağlam düşüncəsi və müdrikliyinə ümid edirik. Bizdə olan məlumatlara görə, nümayişçilərin qaldırdığı məsələlərlə bağlı hansısa kompromis qərarlar ola bilər. İrəvandan xəbərlər gözləyirik” – deyib XİN rəsmisi.

Proseslərə xaricdən təxribatçı müdaxilənin mümkünlüyü barədə sualı Karasin belə cavablandırıb: “Bunu sübut eləmək lazımdır. Biz bu hadisələrə kimi baş vermiş hər şeyi öyrənəcəyik. Lakin tələsik nəticələr çıxarmaq istəməzdik”, - deyə Rusiya XİN yetkilsi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol