Menu

İŞİD yenidən Kobanidə

25.06.2015, 13:06
İŞİD yenidən Kobanidə

“İslam Dövləti” döyüşçülərinin Suriyanın Kobani şəhərinə daxil olduğu bildirilir. Şəhər bir neçə ay bundan öncə kürd qoşunları tərəfindən İD -dən geri alınmışdı.

Suriyada İnsan Haqlarının Müşahidəsi təşkilatından bildirilib ki, Suriya-Türkiyə sərhədində yerləşən şəhərin mərkəzində baş vermiş şiddətli döyüşlərdə bir neçə nəfər qətlə yetirilib.

Bu həftənin əvvəli Kürd Xalq Mühafizə Bölmələri (YPG) bildirib ki, onlar İD qərargahının yerləşdiyi Rakkadan 50 km məsafədə yerləşən önəmli Ain İssa şəhərini ələ keçiriblər.

Rakka faktiki olaraq İD tərəfindən elan edilmiş xəlifənin paytaxtıdır.

“İD Türkiyə ilə sərhəd keçidi yaxınlığında bomba yerləşdirib,” Suriyada İnsan Haqlarının Müşahidəsinin dorektoru Rami Abdel Rəhman bildirib.

O əlavə edib ki, cümə axşamı səhəri döyüşlər hələ də davam edib.

Səhiyyə işçilərinin bildirdiyinə görə, indiyə qədər ən azı 12 nəfər həlak olub və təxminən 70 nəfər xəsarət alıb.

Dörd il davam etmiş silahlı münaqişə nəticəsində 200000-dən çox suriyalı həyatını itirib. Hökumət əleyhinə etiraz aksiyaları kimi başlamış münaqişə daha sonra vətəndaş müharibəsinə çevrilib.

Prezident Əsədə sadiq qüvvələrlə müxalifət – eyni zamanda cihadçı İD döyüşçüləri - arasında baş verən döyüşlər nəticəsində 11 milyondan çox insan evlərini tərk etməli olub. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol