Türkiyədə koalisiya müzakirələri davam etməkdədir. Baş nazir Əhməd Davudoğlu koalisiya üçün millət vəkilləri ilə görüşüb və müzakirə zamanı AKP-nin HDP üçün qapıları bağladığı məlum olub.
And içərək vəzifələrinə rəsmi olaraq başlayan AKP-li millət vəkilləri baş nazirlə görüşüblər və görüş üç saata yaxın davam edib.
Görüşdən çıxan nəticəyə görə, AKP-li millət vəkilləri HDP ilə koalisiya tərəfdarı deyillər. Səbəb seçkiqabağı yaranan sərt mübahisələrdir. Bildirilir ki, HDP ilə koalisiya çətinliklərə səbəb olacaq. CHP və MHP ilə koalisiya tərəfdarlarının sayı isə bərabər olub. /musavat.com


Şərhlər