Menu

TANAP üzrə tender keçiriləcək

25.06.2015, 16:07
TANAP üzrə tender keçiriləcək

Tender fibro-optik kabelin çəkilməsi üzrə podratçıları seçmək üçün elan olunacaq.

TANAP qaz kəmərinin tikintisi üçün yaradılmış konsorsium 2015-ci ilin ikinci yarısında EPS (Engineering, Procurement, Construction and Installation) müqavilələri üzrə tender elan edəcək. Anspress-in məlumatına görə, bu barədə konsorsiumun məlumatında deyilir.

Bildirilir ki, tender boru kəmərinin dəniz hissəsinin layihələndirlməsimə, satınalma, tikinti, montaj edilməsi və fibro-optik kabelin çəkilməsi üzrə podratçıları seçmək üçün keçiriləcək.

İndi tenderdən əvvəl kvalifikasiya seçimi aparılıb, 6 şirkət və alyans tenderdə iştirak etmək üçün dəvət alıb. Bunlar "Micoperi S.r.l.", "MRTS-Fernas Insaat AS Joint Venture", "Saipem", "Swiber Offshore Construction PTE LTD", "TL Offshore Sdn." (Sapura Kencana Petroleum Group Company) və "Valentine Maritime LTD Honeywell A.S." şirkətləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol