Menu

Azərbaycan yığması Litvaya qalib gəlib

25.06.2015, 18:08
Azərbaycan yığması Litvaya qalib gəlib

Bakı-2015 I Avropa Oyunlarında 3x3 basketbol yarışları üzrə 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadınlardan ibarət komandası Litva yığması ilə qarşılaşıb. Komandamız güclü rəqibi üzərində 17:10 hesabı ilə qələbə qazanaraq, adını 1/4 finala yazdırıb. Bu mərhələdəki rəqib isə İspaniya olacaq. Oyun bu gün keçiriləcək.

Kişi basketbolçulardan ibarət yığmamız saat 20:00-da 1/8 final matçında İsraillə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol