Menu

Fətullah Gülənin vəliəhdi açıqlandı

26.06.2015, 10:14
Fətullah Gülənin vəliəhdi açıqlandı

"CIA və MOSSAD Güləni buna məcbur edib”.

Ötən həftə “Xidmət” hərəkatının ABŞ-da yaşayan lideri Fətullah Gülənin ölüm xəbərinin yayılmasından sonra Türkiyə mətbuatı onun yerinə keçəcək şəxsi açıqlayıb. Anspress-in məlumatına görə, bu barədə yerli “Aydınlıq” qəzetinin köşə yazarı Sabahəddin Önkibar öz köşəsində yazıb:

“Sosial şəbəkədə “Fətullah Gülən öldü” xəbəri yayıldıqdan sonra Ankarada böyük bir pıçıltı başladı. Gülən, Mustafa Özcanı vəliəhd seçmiş. Bunu həm əl yazısı ilə bəyan edib, həmdə əsas heyətə şəxsən təbliğ edib. CIA və MOSSAD Güləni buna məcbur edib”.

Qeyd edək ki, ötən həftə sonu Ömər Adıyaman adlı jurnalist Fətullah Gülənin ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində yatdığını və hətta öldüyünü iddia etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol