Menu

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

26.06.2015, 13:11

havaAzərbaycanda ötən günlərlə müqayisədə nisbətən sərin hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında dəyişkən buldulu olacaq, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 27-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol