Menu

Azərbaycan paracüdoçusu yarımfinala yüksəldi

26.06.2015, 15:35
Azərbaycan paracüdoçusu yarımfinala yüksəldi

Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.

Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunur.

Qadınlar arasında 57 kq çəkidə Azərbaycanı təmsil edən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. İdmançımız ipponla qalib gələrək, yarımfinala yüksəlib.

Həmyerlilərimizdən İlham Zəkiyev və Zakir Mislimov isə 1/4 finalda yarışacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol