Menu

İlham Əliyev qızıl medalı təqdim etdi - Video

26.06.2015, 20:05
İlham Əliyev qızıl medalı təqdim etdi - Video

Azərbaycanın boks yığmasına I Avropa Oyunlarında ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb.

Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn həmyerlimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Məmişzadənin italiyalı rəqibi Vinçenzo Pikkardi ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

Boksçumuza qızıl medalı ölkə başçısı təqdim edib.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol