Menu

Prezident qızıl medallı Qarabağ qazisi ilə fəxri kürsüdə - VİDEO

26.06.2015, 22:54
Prezident qızıl medallı Qarabağ qazisi ilə fəxri kürsüdə - VİDEO

Avropa Oyunlarının paracüdo yarışlarında qızıl medal qazanan Qarabağ qazisi İlham Zəkiyevə mükafatı prezident İlham Əliyev təqdim edib. Dövlət başçısı qızıl medalı təqdim etdikdən sonra onunla birlikdə fəxri kürsüyə qalxıb. Qaliblərin mükafatlandırılması mərasimində prezident idmançımız Zakir Mislimova da bürünc medal təqdim edib. Təqdimetmə mərasimindən sonra Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb.

Qeyd edək ki, +90 kq çəki dərəcəsində mübarizə aparan Zəkiyev finalda ukraynalı Aleksandr Pominovu məğlub edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol