Menu

Krımın itirilməsi Ukraynanı 150 milyard dollar ziyana salıb - Ukrayna HDQ

26.06.2015, 23:47
Krımın itirilməsi Ukraynanı 150 milyard dollar ziyana salıb - Ukrayna HDQ

Xarici KİV-in yaydığı məlumata görə, rəsmi Kiyev Krımın itirilməsinin Ukraynanı 150 milyard dollar ziyana saldığını bəyan edib. Belə ilkin hesabatla Ukrayna Hərbi Dəniz Qüvvələri komandanlığının qərargah rəisinin 1-ci müavini, kontr-admiral Dmitri Taran çıxış edib (Rosbalt).

«UNİAN»nın yaydığı məlumata görə, Taran deyib ki, əgər Ukrayna donanması yenidən qurulmasa, zərərin həcmi arta bilər.

Kontr-admiral iddia edir ki, Rusiya Ukraynaya münasibətdə «aqressiv hərəkətlər»dən imtina etməyib. Hal-hazırda Rusiya Qara dəniz bölgəsində 20 min döyüşçü, 40-a yaxın gəmi, 50-yə yaxın uçan aparatlar cəmləyib. Taranın fikrincə, bu qüvvələr Ukraynanın mühüm strateji obyektlərinə zərbə endirə bilər. O, xatırladıb ki, Ukraynanın dəniz sərhədlərinin uzunluğu 1,35 min kilometrə yaxındır, bundan əlavə demək olar, 30,0 min kvadrat kilometr ərazi suları, 70,0 min kvadrat kilometr iqtisadi zonası var.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyindən sonra ölkənin cənub-şərqində yeni rəhbərliyə qarşı etiraz çıxışları başlayıb. Məsələn, martın 16-da Krımda referendum keçirilib və bölgə əhalisinin 97,0 faizi yarımadanın Rusiya Federasiyasının tarkibinə daxil olmasının lehinə səs verib. Martın 21-də prezident Vladimir Putin Krımın və Sevastopolun federasiya subyekti statusunda Rusiyanın tərkibinə birləşdirilməsi haqqında qanun imzalayıb.

Kiyev referendumun nəticələrini qəbul etməyib və Krımın Pusiya tərəfindən «müvəqqəti işğal olunduğu» haqqında qanun qəbul edib.

Krım dövlət şurasının 30 aprel 2014-cü il tarixli qərarı ilə yarımadadan çıxarılmamış Ukrayna gəmiləri və Krımdakı digər əmlakı Rusiyanın tərkibinə keçmiş Krım respublikasının mülkiyyətinə aid edilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol