Menu

“Ermənistandakı hadisələrə Vaşinqtonun qarışacağı yoxdur” - ABŞ səfiri

27.06.2015, 01:36
“Ermənistandakı hadisələrə Vaşinqtonun qarışacağı yoxdur” - ABŞ səfiri

İrəvandakı etirazlarla Ukraynada baş vermiş Maydan olayları arasında hər hansı oxşarlıq yoxdur. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills 1 in.am saytına müsahibəsində bildirib.

“Bundan əlavə, ABŞ-ın bu məsələyə heç bir qarışacağı yoxdur”, - deyə diplomat Ermənistandakı nümayişləri Dövlət Departamentinin təşkil eləməsi barədə iddialara münasibət bildirərkən deyib.

Diplomatın sözlərinə görə, Ermənistanda baş verənlər “ictimaiyyətin kortəbii reaksiyasıdır”. “Diplomat kimi bizim işimiz də bu hadisələrin inkişafını izləmək və təhlil eləməkdir” - əlavə edib səfir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol