Bu tarixdən sonra işçilər əvvəlki qrafiklə işləyəcəklər.
Nazirlər Kabinetinin “Bakı 2015” l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsilə bağlı sərəncamı növbəti həftə qüvvədən düşəcək.
Sərəncama əsasən Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə paytaxtda fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisə və təşkilatları pilləli iş rejiminə keçmişdilər.
Dövlət müəssisə və təşkilatlarında çalışanlar üçün iş qrafiki 4 fərqli vaxtda, qeyri-dövlət müəssisələrində çalışanlarınkı isə 2 vaxtda, yəni 50 faizi üçün saat 8:00-dan saat 5-dək, 50 faizi üçün də saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə müəyyən edilmişdi.
İyulun birindən bu iş qrafiki ləğv edilir və işçilər əvvəlki qrafiklə işləyəcəklər.
Birinci Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı metropolitenində də iş saatları əvvəlki qrafiklə əvəzlənəcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, iyunun 12-dən metro saat 6-dan 1-ə qədər işləyir. Lakin oyunlar bitəndən sonra metro yenidən gecəyə qədər işləyəcək.
Qeyd edim ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq Avropa Oyunlarının açılış günündə olduğu kimi bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək.


Şərhlər