Menu

Rusiya ilə Azərbaycan arasında qaz «müəmma»sı - Miller belə deyir, Abdullayev elə!

27.06.2015, 13:06
Rusiya ilə Azərbaycan arasında qaz «müəmma»sı - Miller belə deyir, Abdullayev elə!

Rusiya KİV-nin iyunun 26-da yaydığı məlumata görə, «Qazprom»un başçısı Aleksey Miller xəbər verib ki, Azərbaycan Rusiyadan qaz nəqlinə başlamaq üçün Rusiya şirkətinə müraciət edib (Rosbalt).

Millerin sözlərinə görə, qazın nəqlinə artıq bu il başlamaq olar: «Söhbət ildə bir neçə milyard təşkil etməklə, orta-uzunmüddətli kontrakt əsasında qaz nəqlinə başlamaqdan gedir...».

«Qazprom» başçısı həm də xatırladıb ki, cari ilin axırına qədər Azərbaycan qazının Rusiyaya nəqli üzrə kontrakt qüvvədədir, amma onun əsasında qaz nəqli artıq dayanıb: «Ötən ilin ortalarından qaz artıq yoxdur...».

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə «Qazprom»un yaydığu bu xəbəri təkzib edir. İyunun 23-də şirkətin yaydığı məlumatda deyilir: «Azərbaycanın sənaye sektorunun, elektrik stansiyalarının və istehlakçıların təmin edilməsi daxil olmaqla, daxildə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ehtiyacları tam qarşılamaq üçün kifayət qədər qaz ehtiyatları var».

Belə çıxır ki, ya Azərbaycan Respubliksının adından hansısa digər tərəf qaz üçün «Qazprom»a müraciət edib, ya Azərbaycan daxili tələbatı ödəmək üçün yox, kimlərəsə satmaq (və ya pay vermək!) üçün Millerdən qaz istəyib, ya da ki, cənab Miller sadəcə, Azərbaycanı şantaj edir!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol