Menu

Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı artır

27.06.2015, 16:02
Pakistanda anomal istilər nəticəsində ölənlərin sayı artır

Pakistanın cənubunda müşahidə olunan anomal isti hava şəraitinin son günlər nisbətən səngiməsinə baxmayaraq, günvurmadan ölənlərin sayı artmaqda davam edir.

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 1200 nəfəri keçib.

Son günlər elektrik tələbatın ifrat dərəcədə artmasına görə Pakistanın bəzi ərazilərinə elektrik enerjisi verilişi 12 saat müddətinə kəsilib və bu da ölüm hallarının çoxalmasına səbəb olub.

Onu da əlavə edək ki, ölkədə havanın hərarəti 45 dərəcədən 36 dərəcəyə düşüb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol