"Güneyimizdə bir dövlət qurulmasına əsla yol verməyəcəyik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə fonunda müstəqil Kürdüstan dövlətinin yaradılmasından ehtiyatını bir daha ifadə edərək bildirib ki, rəsmi Ankara Şimali Suriya və Cənubi Türkiyə əyalətləri ərazisində kürd dövlətinin yaradılmasına imkan verməyəcək.
"Türkiyə kürd dövlətinin yaradılması cəhdinə qarşı var gücü ilə mübarizə aparacaq və heç nədən asılı olmayaraq, regionda demoqrafik dəyişikliklərə yol verməyəcək!", - bütün dünyaya müraciət edən R.T.Ərdoğan belə deyib.


Şərhlər