Menu

Dəhşətli yanğının şok görüntüləri - İnsanlar diri-diri yanır - VİDEO, FOTOLAR

28.06.2015, 00:48
Dəhşətli yanğının şok görüntüləri - İnsanlar diri-diri yanır - VİDEO, FOTOLAR

Tayvanın Sinbey şəhərinin ən böyük aquaparkında güclü partlayış olub. ANS PRESS-in məlumtına görə, aquaparkda keçirilən Colour Play Asia bayramı zamanı dəhşətli partlayış baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Partlayışın baş verməsində ilkin versiya kimi şounun təşkil edilməsi üçün hazırlanan pirotexniki maddələr göstərilir.

Tayvanın Sinbey şəhərinin ən böyük aquaparkında güclü partlayış nəticəsində baş verən yanğının görüntüləri yayılıb.Yanğından canını qurtarmaq istəyənlər alovun içində o yana bu yana qaçırlar.

Son məlumatlara görə, yaralananların sayı 300-ə çatıb. Onların əksəriyyəti yanıq xəsarətləri alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol