Menu

Şimali Koreyada daha bir qəribə qadağa

28.06.2015, 00:51
Şimali Koreyada daha bir qəribə qadağa

Şimali Koreya hökuməti Pxenyanda yaşayan əcnəbilərə qəribə xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, xəbərdarlığa əsasən əcnəbilərə Şimali Koreya vətəndaşları ilə öz fleş kartlarının tərkiblərini bölüşmək qadağandır.

Bu barədə Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinın xəbərdarlığında deyilir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti internetə və xarici məzmulu girişə malik deyillər. Bu halda onlar USB-nin köməyi ilə filmlərlə, musiqi ilə və ədəbiyyatla daim mübadilə edirlər.

Belə fleş kartlar kiçik olduğundan onları gizlətmək asan olur. Sənədin surətində deyilir ki, əcnəbilərə Pxenyana məlumat daşıyıcılarının istənilən növləri, həmçinin çap materialları, mobil telefonlar və yaddaş kartları gətirilməsi qadağan edilir.

Qeyd edilir ki, Koreya Xalq Demokratik Respublikasına gələn bəzi əcnəbilər turizm obyektlərində "arzu edilməyən məzmunlu" çap materialları və yaddaş kartlarını qoyur və ya onları şimali koreyalılara verirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol