Ermənistan prezidenti Serj Sərkisyan elektrik enerjisinin bahalaşması haqda qərarın qüvvəsini dayandırıb.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, Sərkisyan deyib ki, hökumət qiymət qalxması ilə bağlı bütün xərcləri “Ermənistan elektrik şəbəkəsi” şirkətinin auditədək müvəqqəti olaraq öz üzərinə götürür.
Xatırladaq ki, avqustun 1-dən elektrik enerjisinin 16% qaldırılması haqda qərar iyunun 17-də qəbul edilmişdi. Bu qərar ölkədə kütləvi etirazlar doğurub.


Şərhlər