Menu

"Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq" - Sabiq nazir

28.06.2015, 12:56
"Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq" - Sabiq nazir

Türkiyə türkcəsi AŞPA-nın rəsmi dillərindən biri olacaq. Bunu Trend-ə Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri, baş müzakirəçi Egemen Bağış deyib.“Önümüzdəki ildən etibarən Avropa Şurası Parlament Assambleyasının yayımladığı bütün raportlar türk dilində də yayımlanacaq ” – deyə o qeyd edib.

E.Bağış onu da əlavə edib ki, AŞPA komissiya iclaslarının sinxron tərcümələri türkcə də olacaq.

Qeyd edək ki, hazırda AŞPA-da rəsmi olaraq qurumun bütün sessiyaları ingilis və fransız dillərində keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol