Ermınistanın paytaxtı İrəvanda polis şəhərin mərkəzi küçələrini bağlayıb. Musavat.com "Novosti Armeniya"ya istinadən xəbər verir ki, elektrik enetjisinin bahalaşması əleyhinə aksiyanın keçirildiyi Baqramya prospektinə xüsusi təyinatlılar gətirilib. Şəhərdə zirehli maşınlar gzə dəyir. Baqramyan prospektindəki aksiyanın iştirakçılarından bir qismi artıq oranı tərk edib və Azadlıq meydanına gedib.
Nümayişçilər Baqramyan prospektinə qalıb-qalmamaqla bağlı qərar verməyəı çalışırlar. İtrəvan polisinin rəsi müavini Valeri Osipyan bəyan edib ki, polis əməkdaşları bu gecə Baqramyan prospektinə asayişi bərpa edəcəklər, qanunu pozanlar cəzalandırılacaq.


Şərhlər