Menu

Məhdudiyyət iyulun 1-dək qüvvədə qalacaq

29.06.2015, 10:32
Məhdudiyyət iyulun 1-dək qüvvədə qalacaq

Yol polisi bununla əlaqədar sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər avtomobillərin hərəkəti üçün qoyulan qadağa iyulun 1-də götürüləcək.

V. Əsədov sürücülərə müraciətində Avropa Oyunlarına ayrılan təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol