Menu

Neftdə kəskin ucuzlaşma

29.06.2015, 13:50

iran-oil-1Neft İranla nüvə müzakirələrinin başlaması ilə əlaqədar olaraq ucuzlaşır.

Bu gün brent nefti 2,2% ucuzlaşaraq 61,89 dollara düşüb.

ABŞ-ın Dövlət Katibi Con Kerri və İranın Xarici İşlər Naziri Cavad Zərif, 27 İyunda Vyanada danışıqlara başlayıblar. İlk öncə 30 İyunda yekun razılşamanın olacağı açıqlansa da, danışıqların 9 İyula qədər çəkə biləcəyi söylənilir.

İran, tətbiq edilən sanksiyaların ləğv edilməsi vəziyyətində neft ixracını 6 ay ərzində 2 dəfə artıra biləcəyini açıqlayıb. OPEC və ABŞ rekord səviyyədə yaxın bir istehsal həyata keçirərkən, İranın istehsalı artırması qlobal təklif artıqlığı problemini şiddətləndirə bilər. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol