Menu

Azərbaycanın qlobal bankda iştirak payı məlum oldu

29.06.2015, 13:56
Azərbaycanın qlobal bankda iştirak payı məlum oldu

Bu gün Pekində 57 ölkənin nümayəndələrinin iştirakı ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) yaradılmasına dair təsis müqaviləsi imzalanıb. Bankın nizamnamə kapitalı 100 mlrd. dollar həcmində təsdiqlənib. Çin (26,06%), Hindistan (7,5%) və Rusiya (5,92%) Bankın ən böyük səhmdarlarıdır.

Azərbaycanı bu toplantında maliyyə naziri Samir Şərifov təmsil edir. Azərbaycan tərəfdən sazişi nazir Samir Şərifov imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) səviyyəsində təsdiq edilib.

İmzalama mərasimində çıxış edən Çinin maliyyə naziri Lou Tszivey qeyd edib ki, AİİB öz fəaliyyətində yüksək standartlar və beynəlxalq fəaliyyət normalarını üstün tutacaq, effektivlik və şəffaflıq təmin olunacaq.

AİİB ilin sonundan fəaliyyətə başlayacaq. Bankın mənzil qərargahı Pekində yerləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol