Şimali Koreya lideri Kim Çen In daha bir vəhşiliyə əl atıb. Onun bu dəfə də Pxenyan hava limanının baş memraı Ma Von Çunu edam etdirdiyi xəbəri yayılıb.Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ölkə başçısının hava limanının dizaynını bəyənməməsi olub.
Belə iddianın səslənməsinə səbəb isə ötən ildən yoxa çıxan Ma Von Çunun ölkə başçısının yeni hava limanı ilə tanışlığı zamanı çəkilmiş fotolarda görünməməsi və Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin hava limanı ilə bağlı tikilidə qüsurlar aşkarlanması barədə məlumat yayması olub.
Bundan əvvəl isə Kim Çen In ölkənin müdafiə nazirini topdan açılan atəşlə edam etdirmişdi. Səbəb nazirin rəsmi tədbirlərin birində mürgüləməsi olub.


Şərhlər