Space-də yayımlanan "Günaydın" verilişində qalmaqallı anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, verilişin qonağı olan yazarla müğənni Mətanət Əsədova arasında dava düşüb. Əziz adlı qonaq sənətçinin geyiminə irad bildirib və bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib:
"Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur".
Ardınca Əsədova ayağa qalxaraq qonağın üzərinə gedib. Bu addım tərəflər arasındakı söz atışmasını bir qədər də qışızıdırıb. Əsədovanın "mən müğənniyəm, bəs sən kimsən" sualına qonaq belə cavab verib:
"Mən aliməm, sən q..bəsən".
Amma sonda tərəfləri barışdırmaq mümkün olub.
Bununla belə, müğənni Mətanət Əsədova onun barəsində nalayiq ifadələr işlətmiş yazar Əziz Musayevi məhkəməyə verəcəyini bəyan edib.
"Onun mənə nə maddi təzminatı, nə də üzr istəməsi lazım deyil. O, sürünməlidir, cəzasını çəkməlidir. Məni bu boyda sənətimi yerə vurmaq olmaz. Heç kimin ixtiyarı yoxdur ki, məni təhqir etsin".


Şərhlər