Menu

Yadigar Sadıqova 6 il hökm oxundu

13.01.2014, 18:34
Yadigar Sadıqova 6 il hökm oxundu

Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqova hökm oxunub

O, 6 il müddətində azadlıqdan məhrum olunub. Qeyd edək ki, prokuror Yadigar Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasını ümumi rejimli müəssisədə çəkməsini istəyib.

Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol