Uyunun 27-də gecə Brüsseldə öldürülən erməni 28 yaşlı Qriqori Ovannisyandır. Musavat.com xəbər verir ki, bu barədə məlumatı News.am-a öldürülənin qohumları məlumat veriblər.
Qriqor Ovannisyan 3 ildir Brüsseldə yaşayırmış. O, Ermənistanda konservatoriyanın vokal sinifini bitirib.
Qohumlarının sözlərinə görə, Qriqor evinin yaxınlığındakı kafedə öldürülüb: "Narkotik və alkoqolun təsiri altında olan şəxslər aramsız atəş açmağa başlayıblar. Güllələrdən biri Qriqora dəyib".
Qriqor Ovannisyan Brüsseldə dəfn ediləcək.


Şərhlər